Dünən bir şeyin şahidi olmuşam. Azərcell və SimSim kartlarını marketlərə, maqazinlərə paylayan bir adam baxdım ki əlində SimSim uduşlu kartları satır. Məsələn 10 manatlıq SimSim kartı əyər 2500 kontur əlavə uduşu varsa onu 18 manata satır. Tanışlardan soruşdumki bu nə məsələdi? Dedilərki bəs bu adam şəhərə SimSim kartları paylayır. Gecə də oturur evdə bir əlində iynə bir əlində də Lupa. Kartların arxasından kiçik bir deşik açıb o kartın uduşlu olub olmamasına baxır əyər uduşludusa pozur və münasib qiymətə satır. Fikirləşdimki bu uduş kompaniyası çıxandan bu yana bəlkə 50 dənə kart almışam amma bir dəfə də olsun hələ uduş üzü görməmişəm. Danışanda Azercell-i günahlandırıram amma sən demə iş tamam başqa imiş. Bu millətin axı nə günahi var ki bu qədər oynayırlar bu insanlarla. Bunun bir günah olduğunu bilirəm amma bu gunahın cəzasını kim verəcək bax onu bilmirəm. Nə bilim vallah bu xəbəri xahiş edirəm öz bloglarıvızda yayımlayın və kartı alanda arxasına diqqətlə baxın əyər bir kiçik deşik görsəniz almayın. Onsuzda o uduşsuzdur.
Deyirəm həyat inkişaf edir də bu inkişafların sonu hara gedəcək bilmirəm. Bir insandan başga hər şey icad edib bu insan oğlu. 21-ci əsrin 10 maraqlı icadını sizə təqdim edirəm. Xəbərin ardında daha 10 maraqlı icad var.

Artıq gecə saatlarında da Golf oynaya biləcəklər. Çünki bu Golf topları gecə də özlərini görsədir.

Bu şüşələr çox nazik olmasına baxmayaraq heç qırılmır və səsi içəri keçirmir. Nazik olması və səsi içəri keçirməməsi onun incə titrəşimə sahib olmasıdır. Titrəyərək səsin içəri keçməsini önləyir. Yaxın 5 ildə satışa çıxarılması planlanır.

Biraz yaradıcılıq biraz da texnoloji. Bu evdə yaşayan insan həyətə düşərkən hər halda ən əyləncəli saniyələrini keçirəcək hər halda.
İndi Harda bir axtarış motoru çıxır Google-a rəqib başlığı ilə gündəmə gəlir. Bəlkədə bilmək olmaz bu başlıqla Google-nin adından istifadə etməklə reklam xarakteri daşıyır. Məncə elə belədir. Cuil.com-dan sonra Wikia Search. Wikipedia-nın qurucusu Jimbo ləqəbli Jimmy Wales-in həyata keçirdiyi bir layihədir. Amma necə və nə cür nəticə verəcəyini zaman göstərəcək. Allah xeyir versin. Bu arada mən istifadə etdim 3-4 dənə kəlimə yazdım heç bir nəticə vermədi. Allah verib ee Google-ni əlifbada olmayan kəliməni yazsanda ən az 400 nəticə verir. Heç bilmirsən bu nəticələri hardan tapıb çıxarır.
51 dildə fəaliyyət göstərən Google Xəbərlərinin 52-ci dili Türk dili oldu. Artıq Google Xəbərləri 52 dildə fəaliyyət göstərir. Türk dilində olan xəbərlər 200 qaynaqdan əldə edilən xəbərləri hər 15 dəyqdən bir saytda yayımlayır. Hələlik Xəbərlər bölməsi BETA versiyasını yayımlayır. Yeni yeni xəbərləri Google Xəbərlərindən də əldə edə bilərsiniz.
Artıq Azərbaycanda MobilOperator yaratmaq ənənə halı alıb desəm məncə yanılmaram. Yenisi gələndə camaat arasında vəlvələ şayə yaranır ki ay o birisi bağlanacaq bu birisi batacaq və s. Amma hamımız bunun şahidi olduq. Yenisi gəldi və heçbiri bağlanmadı batmadı. Azərcell isə abonentlərinin sayını 500 min nəfər daha artırdı. İndi Azercell abonentlərinin sayı 3 milyon 500 min nəfər oldu. Daha ətraflı Azərcell-in rəsmi saytında məlumat ala bilərsiniz.
Bu şəkillərə diqqətlə baxın hamısı gerçək həyatda baş vermiş bir vəhşilikdir. Heyvanlara qanmaz deyirik ama onu bilirik ki qanmaz heyvanlar belə vəhşiliyi etməzlər. Xəbərin arxasında 12 ədəd şəkil var. Xahiş edirəm 16 yaşdan kiçiklər bu xəbərin davamına baxmasınlar. Psixolojik təsirə cavabdeh deyiləm.

Adamı tikə tikə döğramaq belə olur bax…..
Net-də biraz gəzəndən sonra fikir verdimki nəsə bu yay mövzular elə bil bloglar arasında paylasılıbdır. Nədəndir bilmədim ama baxıramkı hərə bir mövzu haqqında yazır. Məsələn: Sahil blogunun yazarı Fərhad Əsgərzadə bu ay bıogundakı yazıları Pekin 2008-ə yönəldibdi, Webbaz həmişəki kimi ancaq Ofis, Font, Photoshop, Power point, PDF, dərsləri haqqında yazır, maraqlıdı öyrənənlər çoxdu. Ordakı yazılardan bəhrələnənlər çoxdur. Oxchu oxunu atır hara düşdü elə ordan da yazır. Ən çox isə fikir verirəmki Sosial Şəbəkələrə meylini çox yönəldir. Webxana sağ olsun millətimizi dünyada baş verən texnaloji, partlayışlardan birinci xəbərdar edir. Vusal isə öz aləmində Azərbaycanın bilinməyən görünməyən üzünü açıb tökür. Bir Blog-da gördüm Yazaq adlı dediyinə görə Kanada-da yaşayab İran Azərbaycanlısıdır. Blog Azərbaycan dilində olsa da nədənsə yazılar ingiliscədi. İndi bilmirəm copy past söhbətidi ya yox. Babalı öz boynuna. Esmanur hələdə yeməyinmi bişirib qutarmıyıb. Aylardır hər yeməyi bişirib ama hələ bir dəfədə olsun qonaq çağırıb yeməylərin dadına baxmamışıq. İnşallah o da olar. Süzgəc yoxsa Suzgec? Hələ bilmiş deyiləm nəysə sözləri süzgəcdən keçirin. Davamı olacaq. Sözüm odur ki inkişaf var. Sükanı belə saxlayaq. İşiniz avand olsun.

Çox az yaşı olmasına baxmayaraq Barcampçılar artıq bütün Aznetdə tanınırlar. Belə istedadlı bacarıqlı gəncləri olan Aznet tez bir zamanda dünyada tanınacaq. Bunu həmişə demişəm yenə də deyirəm. Barcampçılar indi də Cənuba gedirlər Avgustun 29-dan 31-nə kimi Lənkəranda olacaqlar özüdə Qala otelində. Tədbirin planı haqqında buradan öyrənə bilərsiniz. Barcamp-a qeydiyyat olmayanlar buradan qeydiyyat ola bilərlər. Barcamp haqqında daha çox şeylər yazılacaq çox şeylər deyiləcək. Bunu isə zamana buraxaq. Zamanla hər şey aydın olacaq. Uzun ömürlü olsun deyək. Xeyirli olsun deyək.
Artıq 5 aydan artıqdır ki BlogRan işlək vəziyyətdə deyil. Buna səbəb olan bir çox problem var. Onları qrşıdakı günlərdə danışacıyıq. Bu 5 ayda baxıramki Aznet-də bir çox bloglar fəaliyyətə başlayıb. Köhnələrdə fəaliyyətlərini davam etdirirlər. Oxatan, Webxana, Fərhadın dünyası, Aliev.info və başqaları. Təbii ki fəaliyyətlərini dayandırmış bloglara da rast gəldim. Gurbanov.net Tinsohbeti.com və başqaları. Bunların fəaliyyətlərinin qismən dayandırmaları haqda heç bir məlumatım yoxdur. Yəqindki məlumatım olduqca sizlərə də bildirəcəm. Və beləliklə BLOGRAN yenidən gəldi. Hamımıza xeyirli uğurlu olsun.
