Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

mentalitet  rüşvət  abş  milli  rusiya  seçki  eurovision  qarabağ  ermənistan  inqilab  rusdilli  oxu  fəlsəfə  pkk  limon  xidmət  kişi  jurnalistika  savadsızlıq  həkim 

Sayqaç

İndi blogda: 2
Keçən ayın hiti: 15309
Dünənki hit: 416
Bugünki hit: 447
Ümumi hit: 142085

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


“Qırmızı xətt” keçildi

Region çox xoşagəlməz bir dövrə qədəm qoyur. Rusiyanın Güney Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ən azı o deməkdir ki, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin bərpa olunması qeyri-müəyyən müddətə geriyə atıldı. Ən pisi odur ki, bu dəfə qarşıdurma daha cidi müstəvidədir – faktik olaraq, Rusiya ilə ABŞ başda olmaqla NATO-nun arasında əsəb və mövqe müharibəsi gedir.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 26, 2008 23:33 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 147
Açar sözlər:
Bookmark and Share

30 ildən qandıqlarım

Həmişə kiməsə ağıl verməkdən, həyat dərsi keçməkdən, filosofluq etməkdən uzaq olmağa çalışmışam. Haçansa belə hərəkətimlə zəhlənizi tökmüşəmsə, hamınızdan üzr istəyirəm. Amma bu gün 30 yaşım tamam olur və neçə gündür, 30 ildən nə dərs götürdüyüm, sonrakı illəri necə yaşamalı olduğum  haqda fikirlər içindəyəm. Ona görə, icazənizlə, bu dəfə öz şəxsimdə insan (daha doğrusu, azərbaycanlı – bu, bir az fərqli anlayışdır) həyatına baxışlarmı bölüşmək niyyətidəyəm.

Cahit Sıtkı Tarançı “Yaş otuz beş – yolun yarısı edər” yazandan sonra, 46 yaşında vəfat etdi – eyvah, yolun yarısı-filan deyilmiş, son dörddə biriymiş. Bilmirəm, mən ömrümün hansı hissəsindəyəm, amma final titrlərə yaxın olmağı çox arzulayıram.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 22, 2008 21:31 | "bu da belə..." | Şərhlər(3)
Baxış sayı: 217
Açar sözlər:
Bookmark and Share

Döyülmüşüm, söyülmüşüm, qovulmuşum mən...

Ahmet Kayanın ən qeyri-adi mahnılarından biri... Melodiyası həzin olsa da, sözlərdə sanki  bir üsyan var. Və bu həzinliklə üsyan qəribə də olsa, bir-birini vurmur, əksinə, tamamlayır. 

Mahnının üstündə "redaktə" aparıb, əvvəlindəki şeiri kəsib götürmüşəm. Onun sözlərini yazının ardına əlavə etdim, istəyənlər oxya bilər. Əslində, bu iki hissə şair Ənvər Gökçənin iki ayrı-ayı şeiri olub, sadəcə, Ahmet Kaya onları birləşdirmişdi.

 

XANIMLARIN NƏZƏRİNƏ: Mahnının mətnində söyüş var!!!

Mahnını buradan endirə bilərsiniz. Həcmi 973 kb.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 21, 2008 1:14 | "Musiqi" | Şərhlər(1)
Baxış sayı: 145
Açar sözlər:
Bookmark and Share

Qumbara oynadan meymunlar

Əlbəttə, radikal dindarlar bir çox axmaq şeylərə qadirdirlər, amma hər halda, cəmiyyətdə “Əbu-Bəkr” məscidində baş verənlərə olan yanaşma öz səthiliyilə adamı heyrətləndirir. Hamı məsələni ancaq iki qrupun arasındakı narazılıq zəminində nəzərdən keçirir, bəziləri isə  “vəhabilər bir-birini” partlatdı,- deyərək, kinayə edirlər. Amma gəlin, olaya bir qədər geniş aspektdə yanaşmağa çalışaq.

“Vəhabi” anlayışına və onun Azərbaycandakı qavrayışına əvvəllər dəfələrlə toxunduğumuzdan, təzədən bu məsələyə qayıtmaq istəməzdik. Sadəcə, onu deyək ki, radikallıq – istənilən məzhəbdə böyük problemdir və diqqəti təkcə bir istiqamətə yönəltmək ciddi səhvdir. Pisi odur ki, Azərbaycanda dini radikalizm yavaş-yavaş da olsa, hər halda, akkumlyasiya olunur.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 20, 2008 16:27 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 218
Açar sözlər:
Bookmark and Share

Beşgünlük savaşın dörd nəticəsi

Adətən, hər müharibə tarixə öz adıyla düşür. Tarixdə “altıgünlük müharibə” var idi, indi isə “beşgünlük” də əlavə edildi. Düzdür, bu iki savaşı müqayisə etmək mümkün deyil, amma onların hər halda, bir ortaq cəhəti var. Dünyanı şoka salan altıgünlük müharibədən sonra Yaxın Şərq bölgəsində tamam yeni reallıqlar yarandı və indiyə qədər də davam etməkdədir. Beşgünlük müharibədən sonra isə, o qədər dərin olmasa da, hər halda, regional siyasət mütləq bir sıra ciddi dəyişikliklərə uğrayacaq. Çünki bundan sonra bölgədə maraqları olan bütün tərəflər baş verənlərdən mütləq bəzi nəticələr çıxarmaq və sonrakı addımlarında bunu nəzərə almaq zorundadırlar.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 19, 2008 2:47 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 166
Açar sözlər:
Bookmark and Share

Dünyanın və bizim gələcəyimiz

 

Bu günlərdə elmin müxtəlif sahələrində çalışan 100-ə yaxın ən tanınmış ekspertin birləşdiyi Tech Cast proyekti dünyanın 2050-ci ilə qədərki inkişafına dair proqnozları açıqlayıb. Əlbəttə, futurologiya – elmi əsaslandırılmış olsa da, istənilən halda ehtimallar və gümanlardır, amma gələcək dünyanın mənzərəsində Azərbaycanın yerinin necə görünəcəyi haqda düşünmək da maraqlı olardı.

Öncə onu deyək ki,  ekspertlərin fikrincə, müasir dövrdə dünyanın inkişaf etmiş və nisbətən geri qalmış dövlərtləri arasındakı texnoloji fərq 5 ili ötmür. Yəni istənilən texnoloji yenilik uzağı 5 ilə zəif inkişaf etmiş dövlətlərə də gəlib çatır. Tech Cast proyektinin proqnozlarına görə, 2010-cu ildə informasiya sistemləri və elektron kommersiya qızğın inkişafda olacaq, insan səsilə verilən tapşırıqları anlayan kompüterlər meydana çıxacaq. Bu, dövlət və korporativ idarəçilikdə ciddi dəyişikliyə səbəb olacaq.

Azərbaycanda:

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 15, 2008 0:36 | "analiz" | Şərhlər(4)
Baxış sayı: 156
Açar sözlər:
Bookmark and Share

Kiçik Qafqaz savaşı

Bu, deyəsən, hamıya lazım idi. Hər halda, son günlər ərzində hadisələrin “müharibə” adlandırılan səviyyəyə qədər necə gəlib çıxmasının xronoligiyasını izləyəndə, bəlli olur ki, bütün tərəflər ona hazırlaşırdılar – Gürcüstan da, Rusiya da, Güney Osetiya da və hətta Amerika da. Bu savaş sözün hərfi mənasında siyasətin başqa vasitələrlə davamından başqa bir şey deyildi. Hərbi toqquşmaların niyə və necə başlamasında ikiqat maraqlar nəzərə çarpır: yuxarı qatda – Rusiya və Amerikanın, aşağıda – gürcü və osetinlərin. Yuxarı səviyyədən başlasaq, hadisələrin kökünü bir qədər başqa zamanda və məkanda axtarmaq lazımdır – konkret desək, bu ilin aprelində, Buxarestdə.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 11, 2008 16:43 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 172
Açar sözlər:
Bookmark and Share

Biz ölülərimizi yeyirmişik?!

 

Rusiyanın ən nüfuzlu elmi-populyar nəşri, bütün dünyaya yayılan “Vokruq sveta” jurnalının iyul sayında Taun (Чума) xəstəliyi haqda məqalə dərc olunub. Yazıda bu xəstəliyin dəhşətləri, tarixin gedişini necə dəyişməsi, iri şəhərləri xaraba qoyması, böyük imperiyaları zəiflətməsi kimi faktlarla yanaşı, onun necə yaranması və yayılması haqda ehtimallar da yer alıb. Və onlardan birini oxuyanda mən sadəcə, şoka düşdüm.

Yazının “İnsan tauna kömək edir” (“Человек помогает чуме”) başlığıyla verilən bölməsində yazılan fikirləri olduğu kimi oxuyub, siz də şoka düşün, sonra bunun nə demək olduğunu aydınlaşdırmağa çalışarıq (Eyni material dərginin internet-səhifəsinə də qoyulub).

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 5, 2008 18:52 | "pərdəarxası" | Şərhlər(6)
Baxış sayı: 191
Açar sözlər:
Bookmark and Share

Bazar olsun!

 

Azərbaycan kiçik ölkədir və bu kiçikliyin miqyası məni konkret bir prizmadan daha çox maraqlandırır: Azərbaycan mədəni inkişafa impuls verən bazar ola bilməyəcək qədər kiçik ölkədir. Bazarsız isə inkişaf ola bilməz – yaxşı qəzetlərin və kitabların yazılması üçün onları oxuyan, samballı kinoların və teleproyektlərin çəkilməsi üçün onlara baxan lazımdır və bu auditoriya milyonlarla ölçülməlidir. Çünki peşəkar olan hər şey pul, pul, yenə də pul tələb edir, pul isə bazarda qazanılır.

 Məsələn, Türkiyədə bir filmin çəkilişinə ortalama 4-7 milyon dollar xərclənir və 7-10 milyon dollar gəlir götürülürsə, kinonun peşəkalığı artmaya bilməz, necə ki, göz önündəcə sürətlə artır da. Bu,  onun hesabına baş verir ki, 70 milyonluq ölkədə mənəvi mülkiyyətin satışı üçün bazar var. 8 milyonluq ölkədə isə yoxdur.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Avqust 1, 2008 5:34 | "bu da belə..." | Şərhlər(5)
Baxış sayı: 167
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 9