Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

mentalitet  rüşvət  abş  milli  rusiya  seçki  eurovision  qarabağ  ermənistan  inqilab  rusdilli  oxu  fəlsəfə  pkk  limon  xidmət  kişi  jurnalistika  savadsızlıq  həkim 

Sayqaç

İndi blogda: 6
Keçən ayın hiti: 15309
Dünənki hit: 416
Bugünki hit: 376
Ümumi hit: 142014

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Beşgünlük savaşın dörd nəticəsi

Adətən, hər müharibə tarixə öz adıyla düşür. Tarixdə “altıgünlük müharibə” var idi, indi isə “beşgünlük” də əlavə edildi. Düzdür, bu iki savaşı müqayisə etmək mümkün deyil, amma onların hər halda, bir ortaq cəhəti var. Dünyanı şoka salan altıgünlük müharibədən sonra Yaxın Şərq bölgəsində tamam yeni reallıqlar yarandı və indiyə qədər də davam etməkdədir. Beşgünlük müharibədən sonra isə, o qədər dərin olmasa da, hər halda, regional siyasət mütləq bir sıra ciddi dəyişikliklərə uğrayacaq. Çünki bundan sonra bölgədə maraqları olan bütün tərəflər baş verənlərdən mütləq bəzi nəticələr çıxarmaq və sonrakı addımlarında bunu nəzərə almaq zorundadırlar.

Birincisi, getdikcə savaşın kontekstində enerji faktoru daha çox nəzərə çarpmaqdadır. Axı Avropa Birliyi Gürcüstana ilk növbədə Rusiyanın enerji asılılığından qurtarmağa imkan verməli olan bir dəhliz kimi yanaşır. Amma indi bu dəhlizin yetrləşdiyi zonanın statusu dəyişir, bura “dondurulmuş  münaqişə bölgəsi” olmaqdan daha çox, “potensial qaynar nöqtə” adını qazanır. Və təbii ki, ora alternativ enerji dəhlizi kimi baxmaq da çox riskli yanaşmaya çevrilir. Nəticədə Avropa Birliyinin “Nabukko” kimi böyük enerji proyekti faktik olaraq, kölgə altına düşə bilər.

Bu, o qədər ciddi bir məqamdır ki, Rusiyanın maraqları prizmasından baxanda, hətta uğrunda bir neçə belə lokal müharibə törətməyə də dəyərdi. Çünki hazırda enerjidaşıyıcıları, xüsusilə də qaz geosiyasətdə əsas faktorlardan birinə çevrilir. Güney Osetiyanın potensial qaynar nöqtə kimi qalması isə, Mərkəzi Asiyanın böyük qaz ehtiyatlarının Avropaya çıxarılmasını şübhə altına ala bilər. Ona görə də, Avropa  Birliyinin Nikola Sarkozinin şəxsində 6 bəndlik sülh anlaşması hazırlanarkər Gürcüstanın ərazi bütövlüyünə o qədər də prinsipial yanaşmamasının səbəbini anlamaq çətin deyil. Hasırda onları özlərinin enerji təhlükəsizliyi Gürcüstanın ərazi bütövlüyündən daha çox düşündürür. Və elə bununla da bölgədə Qərb dövlətlərinə idillik yanaşmalara birdəfəlik son qoyulacağını hesab etmək olar.

İkincisi, bu savaş bölgənin həm diplomatik, həm də geosiyasi mənzərəsizi uzun müddətə dəyişəcək. Bunu Gürcüstanın MDB-dən çıxması da şərtləndirir. Yəqin ki, qarşıdakı illərdə Moskva Gürcüstan və onun ərazisindəki separatçı subyektlərlə bağlı çox aqressiv xarici siyasət yürüdərək, gərginliyin səngiməsinə yol verməməyə çalışacaq. Qərb isə əksinə, buna qarşı tədbirlər görmək istəyəcək. Şübhəsiz ki, bu savaşa başlamaqda Kremlin məqsədlərindən biri də Qərbə müasir dünyanın ikiqütblü olduğunu xatırlatmaq idi. Hər halda, SSRİ-i dağılandan sonra Rusiyanın ilk dəfə ölkə xaricində hərbi əməliyyatlar keçirməsi yeni dövrün başlamasından xəbər verir. İkiqütblü dünyanın isə, bəllidir ki, öz fəsadları var. İki  qütbün arasındakı ilk ciddi gərginliyin Güney Qafqazda yaşanması isə bölgəyə yaxşı nəsə vəd etmir.

Üçüncüsü, Moskva bu savaşla faktik olaraq, göstərdi ki, bölgədəki ərazi münaqişələrinin həllində maraqlı tərəf kimi çıxış edir. Bu isə onun vasitəçilik missiyalarının kölgə altına düşməsi deməkdir. Paralel olaraq, baş verənlərdən sonra Rusiya sülhməramlılarının fəaliyyətini də birmənalı qiymətləndirmək mümkün olmayacaq. Halbuki, Moskva regiondakı bütün münaqişə ocaqlarında öz sülhməramlılarını yerləşdirmək iddiasındadır. Bu faktlar əlbəttə ki, digər münaqişələrin həlli prosesində əlavə çətinliklər yarada bilər.

Dördüncüsü, bu günlərdə Avropa dövlətlərinin  öz aralarında hansı addımları atmaqla bağlı heç bir konkret razılığa gələ bilməmələri təsdiqlədi ki, Qərbin hələ də Güney Qafqaz siyasətini necə qurmaqla bağlı vahid konsepsiyası yoxdur. Bu isə, əlbəttə ki,  Rusiyanın addımlarına optimal cavablar vermək imkanlarını xeyli azaldır.

Beləliklə, beşgünlük müharibənin regionun indisi və gələcəyi arasında bir qırmızı xətt kimi keçəcəyinə şübhə yoxdur. Sadəcə, arzulamaq qalır ki, gələckdə digər qırmızı xətlər keçilməsin.

 

Yazar: Vüsal Məmmədov @ Avqust 19, 2008 2:47 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 164
Açar sözlər:
Bookmark and Share

1
Samir yazıb:

Vüsal bravo...
Bəzil mətbuat vasitələrinin ciddi cəhdlə Gürcüstanın Osetiyaya "hücum etdiyini" sübut etməyə çalışmasına bir anlam verə bilmirəm. Halbuki baş verənlər məhz urusların əvvəlcədən belə bir plan hazırladıqları ehtimalını yaradır. Sadəcə bir faktı demək istəyirəm bəs onda necə olur ki, döyüş əməliyyatlarından hələ bir neçə gün qabaq Cənubi Osetiyadan uşaqların kütləvi şəkildə Krosnadar diyarındakı düşərgələrə "tətilə" aparılması həyata keçırilir. Adamın ağlına bir fikir gəlir əcəba bu uruslar Saakaşvilinin qəfləti konstitusion qayda qanunu yaratmaq planlarından xəbərdar idilərmi?
İkinci tərəfə gələndə isə bu urusları başa düşmək olmur, görəsən onların Çeçenistanda apardıqları etnik təmizləmələr zamanı hər hansı bir ölkə ucdantutma olaraq çeçenlərə vətəndaşlıq pasportları verməyə başlasaydı və urusun orada qayda qanun yaratmaq istədiyi vaxt öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün qoşunlarını ora yeritsəydi rusiyanın reaksiyaları necə olardı?
Hə 3 cü tərəfə gəlincə isə bax bunu bura yazıram türklər demiş cox keçməz rusiyanın özündə mövcud olan respublikalarda müstəqilləşmə uğrunda mübarizələr başlayar və bütün qərb ölkələri sevə sevə həmin ölkələrin müstəqilliklərini tanıyacaq o zaman urusa yalnız sibir və oradakı ağ ayılar qalacaq. Əlbəttə bu zaman zərbənin bir tərəfi də bizə dəyəcək Qarabağ məsələsinə görə. Amma inanmıram ki, onda kimsə bizim göz yaşlarımıza baxsın çünki dünyaya urusun hegomonluğuna son qoyulması bizim ərazi bütövlüyümüzdən daha vacibdir.

Avqust 20, 2008 6:21

2
Vüsal Məmmədov yazıb:

Haqlısan, Samir.

Bu proseslər gedərkən mən Azərbaycan mediasında ümumiyyətlə, bir adekvat şərhə rast gəlmədim. Hamı ağlına gələni danışırdı.

Avqust 20, 2008 18:30

3
Nirvana yazıb:

Salam Vusal..Daha bir maraqli analitik yazi..tebrikler..Amma daha once Samirle bir meseleni aydinlashdirmaq isderdim(Samir, yagin ki san deya muraciet etsam problem olmaz,,SIZ sozunden xoshum gellmir..semimi seslenmir) Manca san Qarabag problemiyle Osetiya ve ya Abxaziya probleminin eynileshdirmen duzgun deyil...Bizden ferqli olaraq orda bu separatizmin yaranmasina gurculer ozleri sherait yaratdilar(1991-92 ci illerde..Qamsaxurdianin vaxtinda) Milletchi(umumiyyetle milliyietcilik ideologiyasi fashizmle eyni qorxulu ideologiyadir) gurculerin osetinleri qovmalari ile bashladi..Lakin bizde mesele hech de bu cur olmadi...Ona gore de Qarabagi Gurcustan munaqisheleriyle eynileshdirmeye deymez...Man RUsiyanin da federativ subyektlarinin musteqil olmasinin aleyhineyem..O zaman san yazdiqin kimi adekvat hadise bizim de bashimiza gele biler,,yani Qarabag bir dovlet kimi tanina biler..Bir de ki Rusiya Iraqi, Kosovani behane edarek oz herbi mudaxilesine haqq qazandirmaq isteyir..Lakin analiz ederken gormek olar ki bunlar tamamile ferqli sheylerdi..(bunu daha sonra genish izah edaram)..Qaldi ki muharibenin Gurcustan yox ABS terfinden planlashdirilmasina, bu fikirle de razi deyilem..Chunki bu muharibe Gurcustan ve Rusiyadan once Amerikanin plani idi...Sadece ne qeder gunahsiz insanin qani axidildi..Helelik bu qeder...

Avqust 23, 2008 20:10


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha