Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
mentalitet rüşvət abş milli rusiya seçki eurovision qarabağ ermənistan inqilab rusdilli oxu fəlsəfə pkk limon xidmət kişi jurnalistika savadsızlıq həkim
Sayqaç
İndi blogda: 5
Keçən ayın hiti: 15309
Dünənki hit: 416
Bugünki hit: 450
Ümumi hit: 142088
Müxtəlif
Bu, heç də oyun deyil!
Bu dəfəki Avropa Futbol Çempionatı hər baxımdan xeyli fərqli və eyhamlı oldu. Futbolun sadəcə futbol olmadığı, istər ayrı-ayrı dövlətlərin daxilində, istərsə də dünyada gedən proseslərin yaşıl meydanda əksini tapdığı bu dəfə daha aşkar göründü. Xüsusilə də Rusiya və Türkiyənin simasında. Son illərdə davamlı iqtisadi artıma nail olan və Avropaya inteqrasiya iddialarını ciddiləşdirən Türkiyənin milli komandası meydanda etdikləri sanki bu iqtisadi-siyasi proseslərin təzahürünü idi. Türklər inadkarlıq və əzm hesabına Avropanı bütün Çempionat boyu göstərdikləri möcüzələrlə heyrətləndirdilər və yarışı da açıq alınla tərk etdilər. Və bütün səylərə, zəhmətə və həm də metafizik görünən möcüzələrə baxmayaraq, sonda arzulanan məqsədə çatılmamasında sanki bir rəmzilik var idi... Türkiyənin Avropa ilə ilişkilərinə işarə edən bir rəmzilk.
Rusiyanın SSRİ dağılandan sonra ilk dəfə Avropa Çempionatının yarımfinalına yüksəlməsinin məhz bu dövlətin imperiya iddialarının dirçəldiyi, Avropanı enerji diqtəsinin altına salmağa çalışdığı bir dövrə düşməsi də güman ki, təsadüf deyil. Sovet futbolçularının ən parlaq qələbələri 1956 və 60-cı illərdən başlamışdı; bu, SSRİ-nin kosmosu fəth etdiyi, nüvə silahı yaratdığı və soyuq müharibədə aqressiv davranmağa bağladığı illər idi. İndi isə “Topol-M” raketləri hərbi parada çıxır, ruslar Şimal Qütbündə okeanın dibinə bayraqlarını taxır, Qərblə yeni qarşıdurmaya gedirlər və milli komanda təzədən yarımfinala qədər yüksəlir. Əlbəttə, burada ölkənin yaşadığı proseslərin futbola göstərdiyi təsirin rolunu danmaq mümkün deyil.
Ölkədə yaşananlarla futbolun arasında bağlılığın olduğunu sanki Fransa millisinin taleyi də sübut etdi. Cəmi bir neçə il əvvəl Dünya və ikiqat Avropa çempionu olan bu yğıma indi yarışın ən solğun və aciz komandalası idi. Cəmiyyətdə gedən proseslər prizmasından yanaşsaq, sanki Fransada “miqrant qiyamları”ndan sonra gəlmələrə olan nifrətin mənfi enerjisi oyunçularının çoxu qara dərili olan komandanı üzüb əldən salıb. Əlbəttə, siyasi korrektlik məsələsinə çox həssas yanaşılan Avropada belə fikirləri heç kim dilinə gətirməz, amma diqqətlə yanaşılanda bunu hətta fransızların milli komandaya necə şövqsüz dəstək verməsində də sezmək mümkündür.
Futbol sanki cəmiyyətlərdə gedən prosesləri aşkarladan mikroskop, yaxud lakmus kağızıdır. Futbol meydanında daha aşkar görünür ki, Avropaya Rusiya və Türkiyə kimi iki iddialı dövlətin yeni yürüşü başlayır. Hələ ki ikisi finalda üzləşəcək qədər güclü olmasalar da. Amma həmin final - yəni istər futbol, istərsə də digər meydanlarda “Avropanın güclüsü kimdir” sualını Türkiyə ilə Rusiyanın öz aralarında çozəcəkləri gün artlq üfüqdə görünməyə başlayıb.
Nəzərə alsaq ki, Futbol – həm də fərqli mədəniyyət və sistemlərin toqquşmasıdır, onda budəfəki Çempionatın yarımfinalı çox simvolik idi. Burada 4 tamam fərqli mədəniyyət – müsəlman Türkiyə, protestant Almaniya, katolik İspaniya və provaslav Rusiya üzləşmişdilər. Və həmin 4 fərqli mədəniyyətin toqquşmasından görünən bu oldu ki, Avropa meydanında müsəlman amili güclənir, provaslavlıq köhnə dünyaya doğru irəliləyir, protestantlıq öz daxili gücünü hələ də saxlayıb və katoliklikyə mübarizədədir.
Amma bununla belə, ənənəvi Avropa dəyərləri üzərin qurulan futbolun asta-asta olsa da, tədricən zəiflədiyini sezməmək də mümkün deyil. Sonuncu iki çempionun – Fransa və Yunanıstanın hətta qrup mərhələsindən çıxa bilməmələri, İtaliyanın ¼ finalda yarışı tərk etməsi, Britaniya kimi ənənəvi futbol ölkəsinin ümumiyyətlə, Çempionata qatıla bilməməsi bunun təsdiqidir. Bunlar Avropada yeni futbol... daha dəqiqi, həm də futbol mərkəzlərinin yarandığına yönələn işarələrdir. Meydanlarda da görünürdü ki, Avropanın mərkəzində artıq passionarlıq və qələbə ehtirası zəifləyir, periferiyasında isə əksinə, artır...
Bu Çempionata baxdıqca Dünyada gedən qloballaşmanın da izlərini asanlıqla görmək mümkün idi. Müxtəlif milli komandalardakı türk soyadlarının çoxluğu belə təəssürat yaradırdı ki, sanki Türkiyə çoxdan Avropa Birliyinin üzvüdür. Yaxud, bu çempionat öz ölkərinə qarşı mübarizə aparan idmançıların sayının artmasıyla da yadda qalacaq. Qus Hiddinkin Hollandiyanı udması, Podolskinin Polşaya, Hakan Yakının Türkiyəyə qollar vurması buna ən parlaq örnəklərdir. Fərqli sivilizasiyalara aid olan “Mehmet” və “Avrelio” kimi iki sözün birgə işlənməsi kimi, bütün bunlar təsdiqləyir ki, qloballaşma artıq dünyanın adi həyat tərzinə çevrilib.
Çempionatda sırf idman xarakterli fərqlər də az deyildi. Məsələn, meydanın ortasının çox sürətlə keçilməsi. Adətən bu səviyyəli oyunlarda əsas mübarizə meydanın mərkəzi uğrunda gedirdi. Bu dəfə isə mərkəzi sahədə mübarizə az gözə dəydi. Bu, şablonların dağılmasıdırmı? Nəticə çıxarmaq bəlkə də hələ tezdir, amma ortada maraqlı tendensiyanın əlaməti var. Və yaxud, hakimlərin bütün oyunları demək olar ki, tam səhviz idarə etmələri bu səviyyəli Çempionat üçün görünməmiş hal idi.
Bir sözlə, artıq başa çatmaqda olan Çempionat çox şeyi göstərdi. Ölkələrin üzləşdiyi meydanlar çoxdur, bizsə onların sadəcə birinə baxırdıq. Bütün başqa meydanların da əks olunduğu birinə.
Yazar: Vüsal Məmmədov @ İyun 29, 2008 19:31 | "pərdəarxası" | Şərhlər(3)
Baxış sayı: 185
Açar sözlər:
![]()
![]()
![]()
Salam, Fuad!
Sirr deyilsə, sən haradasan ki?
İyun 30, 2008 15:58
salam. herbi xidmətdəyəm,sabah (3 iyul) terxiz olunuram. Size uğurlar. İnşallah evdən yazarıq.
İyul 2, 2008 6:46

Bir də salam Vüsal. Sözün açığı bu barədə yazacağını gözləyirdim. Bizim də burada hərdən futbola baxmağa imkanımız olurdu, sag olsun komandirimiz "proverka"dan sonra baxmağa icazə veriridi. Mən əsasən Türkiyənin oyunlarına baxdım və ləzzət aldım. Amma Türkiyə çempion olsaydı, necə də gözəl olardı. Amma düz deyirsiz burada bir rəmzilik var,Avropa məsələsində Türkiyənin heç bəxti gətirmir (daha doğrusu axıra qədər).
O gün haradasa belə bir ifadə gördüm:
"Türkiyə millisinin sağ əli futbolçularımızın, Semihin isə sol ayağı bizim topun başına olsun".
Amin.
İyun 30, 2008 7:29