Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

mentalitet  rüşvət  abş  milli  rusiya  seçki  eurovision  qarabağ  ermənistan  inqilab  rusdilli  oxu  fəlsəfə  pkk  limon  xidmət  kişi  jurnalistika  savadsızlıq  həkim 

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 15309
Dünənki hit: 416
Bugünki hit: 375
Ümumi hit: 142013

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Sürdüyümüz kimi sürünürük

Deyirlər ki, Amerika xalqının qanunpərəst olmasının kökləri həm də onun avtomobilə olan münasibətində gizlənib. Yəni, amerikalıların əksəriyyəti çox erkən yaşlarından maşın sürməyə başlayır (orada qanun 16 yaşından sükan arxasına keçməyə izn verir) və yol hərəkəti qaydalarını öyrənirlər. Və beyinlərinə yerləşir ki, yol hərəkəti qanunları – ilk növbədə sənin özünün təhlükəsizliyin deməkdir, onu pozmaq olmaz! Trafik qaydaları isə, bəlli olduğu kimi, binar məntiq üzərində qurulub: ya olar- ya olmaz, ya yol sənindir – ya onun; və kimsə buna əməl etməyəcəksə, ziyanını özü başda olmaqla, hamı görəcək.

Qayda-qanuna bu cür birmənalı münasibət, qanunun imperativliyi yeniyetməlik çağından şüurda oturuşursa, böyüyəndən sonra təbii ki, onu tərpətmək müşkül məsələdir. Əsas odur ki, “qanunu niyə pozmaq olmaz” sualının cavabı gənc yaşlardan tapılır: bundan ancaq ziyan görmək olar!

Maraqlıdır, əgər doğrudan da belədirsə (müəyyən mənada belə olduğuna mənim şübhəm yoxdur), onda bəs bizim avtomobilə münasibətimiz ozünü qanuna, geniş mənada isə həyata  yanaşmamızda necə göstərir? Ən birbaşa şəkildə!

Daha doğrusu, bizdə insanların çoxu adətən, maşın sürməyə elə də gənc yaşda  başlamırlar, çünki ölkədə inkişaf etmiş kredit sistemi yoxdur. Amma olsaydı, şüurda hansı izlər buraxardı?

Lap əvvəldən başlasaq, “prava” almaq üçün rüşvət verilir . Yəni: rüşvətsiz hansısa işə başlamaq praktik olaraq mümkünsüzdür (şüurda birinci ştamp).

Sonra: qaydalara uyğun maşın sürmək istəsən də, alınmayacaq: kimsə sənin yoluna girəcək, kimsə qanunsuz şəkildə ötəcək, kimsə qabağında avtoşluq edəcək, kimsə yolunda tıxac yaradacaq...  Yəni: qanunu pozmadan istədiyin yerə istədiyin kimi çatmaq çətin məsələdir (şüurda ikinci ştamp).

Sonra: qaydalara əməl etsən də, etməsən də, dəxli yoxdur, polis səni saxlayacaq. Yəni: qanuna əməl etsən də, etməsən də, bütün halarda rüşvət verməlisən (şüurda üçüncü ştamp).

Sonra: arxanda kimsə varsa,  polis qələt eləyir! Yəni: əsas odur ki, adamın olsun (şüurda dördüncü ştamp).

Sonra: qaydanı pozmusansa, puluna minnət!, yerindəcə həll et, bitsin. Yəni:  pul – qanundur (şüurda beşinci ştamp).

Sonra: maşın nə qədər bahalıdırsa, onu sürənin qaydaları pozmaq ehtimalı da bir o qədər yüksəkdir. Yəni: pulu olan istədiyini edə bilir (şüurda altıncı ştamp).

Sonra: kəməri taxmasan da, olar, yalandan aşır yana, qalsın özüyçün. Yəni: çalışıb aldatmaq lazımdır (şüurda yeddinci ştamp).

Sonra: Kim olursan-ol, günlərin birində plyonkanı sökə bilərlər.

İndi özünüz deyin: gerçəkdən də, bizdə insanların  maşın sürməyə münasibətilə qanunlara (və geniş mənada bütövlükdə həyata) münasibəti arasında ciddi paralellər yoxdurmu? Var, həm də, necə!

Ona görə də, biz çox riskli yaşayırıq: ağır qəzaya düşmək ehtimalımız həmişə qalır.

 

Yazar: Vüsal Məmmədov @ İyun 9, 2008 14:55 | "bu da belə..." | Şərhlər(2)
Baxış sayı: 226
Açar sözlər:
Bookmark and Share

1
Limonuşka yazıb:

Doğru, doğru, doğru, doğru!
Bəlkə daha bir məsələyə də aydınlıq gətirəsən, Vüsal.
Bizim rüşvətxorluğumuzun, əliəyriliyimizin, qaydaları sevməməyimizin mənbəyi hansı dövrdür?
Bunu da mı yetim sovetlər gətirib bizə?

İyun 12, 2008 10:27

2
Vüsal Məmmədov yazıb:

Salam Limonuşka!
Sən özünə necə də gözəl adlar tapa bilirsən!

İyun 12, 2008 13:00


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha