Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

mentalitet  rüşvət  abş  milli  rusiya  seçki  eurovision  qarabağ  ermənistan  inqilab  rusdilli  oxu  fəlsəfə  pkk  limon  xidmət  kişi  jurnalistika  savadsızlıq  həkim 

Sayqaç

İndi blogda: 9
Keçən ayın hiti: 15309
Dünənki hit: 416
Bugünki hit: 389
Ümumi hit: 142027

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Qadın cinsli xəmir

Xalqı kişilər yox, qadınlar yetişdirir; konkret Azərbaycan xalqında bu cəhət daha qabarıqdır: uşağa tərbiyəni evdə ana verir (ata ən yaxşı halda bu tərbiyə prosesində butaforiyadır), bağçada tərbiyəçi qadın; ibtidai sinif müəllimlərinin az qala 100 faizi qadındır; özünü yenicə tanımağa başlayan gəncin ilk düşdüyü qəza yenə də qadın olur – bir xalqın qızlarının prioritetləri nədirsə (buna axırda qayıdarıq), onların sevgisini qazanmağa çalışan dəliqanlılarının da həyat fəlsəfi  buna uyğun qurulacaq – heç bir şübhəniz olmasın!..

Beləliklə, nə alınır? O alınır ki, bizdə kişilik modeli qadınlarımızın beynindəkinə daha çox uyğundur: əvvəl ana, sonra müəllimələr, sonra sevgililər, sonra arvadlar…

Ümumiyyətlə, azərbaycanlılar qədər ana təsirində olan başqa bir xalq mənə məlum deyil, təsəvvür də edə bilmirəm. Belə getsə, birazdan “Edip kompleksi” terminini dəyişib, məsələn, “Mamed kompleksi” adlandırmaq lazım gələcək.

 Hər bir kişi öz həyatındakı bu qadın mərhələlərindən keçərək, formalaşır. Və hər bir qadın-mərhələ onun şəxsiyyətində mütləq iz buraxır. Bu, yüz faiz belədir. İndisə bu sadə həqiqəti ölkədəki bütün kişilərin sayına vurun. Nə alınacaq? O alınacaq ki, bizim xalqın qadınları necədirsə, özü də elə o cürdür. Azərbaycan cəmiyyəti başqalarıyla müqayisədə daha çox qadın cinsli xəmirdən yoğurulub. Qadınımız necədirsə, xalqımız da o cürdür.

Yaxşı, bəs kimdir bizim qadın? Nədir onun mahiyyəti?

Təəssüf, amma mən Azərbaycan qadını haqda xoş sözlər deməyə çətinlik çəkirəm. Bu qadın özünü tanımır, nə istədiyini bilmir, istər ictimai, istərsə də şəxsi rolunu anlamır. Onun cəmisi iki növü var.

Birinci növ özünü ancaq bozbaş qazanının başında, paltaryuyan maşının böyründə və doğum evinin palatasında görür. Onun üçün dünya mətbəxdən, hamamdan və uşaq otağından ibarətdir. Bunlardam kənarda heç bir şeyi dərk etmək iqtidarında deyil. O, ərinə dəstək vermək, müdafiə etmək, ictimai mövqeyə sahib olmaq kimi anlayışlardan tamamilə uzaqdır. Hətta intim partnyor olmağı da düz-əməlli bacarmır. Və bunu daxilən anladığından, ərinin “sola getməsinə” göz yummağa da hazırdır. Bu qadın sadəcə olaraq, danışan məişət kombaynıdır, vəssalam. Düzdür, ərini və uşaqlarını sevir, amma bu, kustar, instinktiv sevgidir. Nə əri, nə də uşaqları onu şəxsiyyət kimi qəbul edə bilmədiyinə görə, sevgisi də sırf məişət miqyasında qalır. Bu sevgi uzağı, paltarı daha təmiz yumaqda, yeməyi daha dadlı bişirməkdə göstərir özünü. Halbuki, ərə də, övlada da əslində tamam başqa şeylər gərəkdir.

İkinci növ qadınımız isə tam əksinə, ifrat karyeristdir, dövlət və şöhrət həvəskarıdır, məqsədləri uğrunda bütün prinsiplərindən keçməyi bacarandır (və bunu həvəslə edir də), savad onun üçün daxili məzmun yox, xarici vasitədir, özünü heç cür ailə çərçivəsində görmür, onun üçün ancaq özü və uğrunda hər şeyi qurban verməyə  hazır olduğu iddiaları var, intim münasibətlərə ya əyləncə, ya da karyerasına təkan kimi yanaşır...

Bax, nəzəri cəhətdən yalnız bu ikisinin arasında tarazlıq yaratmağı bacaran qadınlar normal xanım və həyat yoldaşı olmağı bacararlar ki, belələri də bizim cəmiyyətdə çox azdır. O qədər azdır ki, onları ayrıca zümrə saymaq mümkün deyil. Halbuki, məhz elə qadınların əlindən keçən cəmiyyət uğurlu ola bilərdi.

Bu yerdə bir dostumun mənə danışdığını sizə nəql etmək istərdim. O deyir ki, Moskva Dövlət Universitetində oxuyarkən qruplarında bir erməni qız da varmış. Günlərin birində həmin gənc və gözəl qızın özündən xeyli yaşlı bir müəllimə ərə getdiyini eşidəndə xeyli təəccüblənirlər. Səbəbini soruşanda isə o, belə izah edir: “Həmin müəllim savadlı adamdır, tezliklə elmi ad da alacaq. Mən onun vasitəsilə gələcəkdə neçə-neçə erməni tələbənin yolunun açılmasına, irəli getmələrinə kömək edə bilərəm. Bu da öz millətimə xeyrim olar”.

Məni öldürsəniz də, hansısa bir azərbaycanlı qızın bu cür düşünə biləcəyinə heç zaman inanmaram. Təfəkkür ayrı cür qurulub çünki. Bizim qızların beynindəki ancaq “maşınlı və pullu oğlan”dır; dolayısıyla, oğlanlar da onlara xoş gəlmək üçün ancaq maşın və pul haqda fikirləşirlər. Əks əlaqə işə düşür və çevrə qapanır.

Dərindən nəfəs alın.  

Yazar: Vüsal Məmmədov @ May 30, 2008 14:25 | "bu da belə..." | Şərhlər(23)
Baxış sayı: 436
Açar sözlər:
Bookmark and Share

1
Fərhad yazıb:

Erməni qızının cavabını oxuyarkən tüklərim biz-biz oldu...
Təəssüf ki, haqlısan.

May 30, 2008 14:46

2

Erməni köpəyi həmişə özünə yiyə axtarır)). Ermənilər ancaq bu cür qabağa gedə bilərlər)).

May 30, 2008 15:43

3
Gunel yazıb:

Mence butun gunahi tekce qadinlarda gormekle sehv bir fikre gelirik Ele dushunmeyin ki men bir feminiska kimi dushunurem xeyr bu bele deyil Ancaq her zaman gunah elli elliye olur.Cunki sehv eliyen olur ve buna vadar eliyen belelikle pislikler bash alib gedir.Duzdu muasir zemanemizde terbiye etika kimi meselelere fikir verenler azdir her sheyi "Pul" hell eliyir.Butun bu nanecibliyin koku insanlarin duzgun istiqamet almamasinda bunun da neticesi olaraq milliyimizi unutmaq derecesine gelib catmaqimiz ve ya artiq bu astanadayiq nece deyerler ucurumun bir addimindayiq Allah komeyimiz olsun.Deyirsiniz ki esas gunahkar qadinlardi bes her bir qadinin bashinin ustunde bir erkeyi var axi bes onlar hara baxir onlar qizlarinin xanimlarinin hereketini davranishini gormurler?mence gorurler sadece olaraq gormemek onlara daha cox serf eliyir yeni ki maddiyyat(pul) meneviyyatdan (qeyretden) ustn olur ve belelikle pozqunluq bash alir Ve bele pozqun qadinlarin ve erkeklerin ovladlarindan ne cemiyyet gozlemek olar ki?Indi popular bir soz var ki "Avropalashiriq" yeni muasir aile portotipli cemiyyet yaranir.Belelikle muqessirler her iki cinsin numayendesidir.Arzum budur ki Azeri qadinlari Xanimliqlarini hec vaxt unutmasinlar biz Avropali deyilik Biz Azerbaynanliyiq ve muselmanxanimlariyiq!!!!!

May 30, 2008 16:19

4
Fuad yazıb:

Men seninle razi,qardas. Gunel xanim,Vallah avropalilar hec bu qeleti elemir....

May 30, 2008 20:36

5
Fuad yazıb:

Men seninle razi,qardas. Gunel xanim,Vallah avropalilar hec bu qeleti elemir....

May 30, 2008 20:36

6
Şəms EL yazıb:

Doğru sözə nə deyəsən?!

Görünür, biz hələ çox çalışmalıyıq... Mən həmişə anlamışam ki, bu millətin, bu dövlətin gələcəyi dolayı yolla da olsa məhz qadınlardan asılıdır. Zaman göstərəcək gələcəyin necəliyini də...

May 30, 2008 20:54

7
Peri yazıb:

Butun bunlar cox teessuf ki,heqiqetdir.Bu heqiqeti derk eden her birimiz bunu deyismek ucun elimizden geleni elemeliyik.
Men bu milletin qesden kutlesdirildiyine inananlardanam.Coxlarinin bu xeyrinedir."Milet, oxumayin,oyrenmeyin,gozlerinizi acmayin ki,,,,Biz de kef edek!!!
P.S Vusal,her seyi duz deyirsiniz amma ki,yene de butun gunahi qadinlarin ustune atmaq ne derecede duzgundur???Bir Azerbaycan qadini(qizi)olaraq men de oz novbemde ekser "kisi"lerimize nifret edirem.hetta iyrenirem.hetta bu nifretimi ifade elemeye soz tapa bilmirem.Bu sozlerime gore Butun shehidlerimizin ruhundan uzr isteyirem ve qabaqlarinda bas eyirem!!!

May 30, 2008 20:56

8
The Image yazıb:

Mence mesele daha murekkebdir. tesvir olunan her iki qadin tipini iki ferqli ve ifrat qutb hesab etsek, bu iki ifrat qutbun arasinda da olan xanimlar da vardir. tam tarazliq mence illuzayadir. en yaxshi halda tarazliqa az-cox yaxin xanima rastlamaq mumkundur.
Kishilerin de qadinlar qeder gunahi var, eger sosial problemleri gunah, teqsir kateqoriyasinda xarakterize etmek mumkundurse. Azerbaycan kishiyonumlu/merkezli cemiyyetdir ve bu cemiyyetde qadinlar ya ozlerini kishiler ucun hazirlarlar, ya da ozunutesdiqi mutleq ve mutleq eks cinsin eleyhine hereket etmek kimi qavrayarlar. Tebii ki, cemiyyet kishiyonumlu oldugundan ve cemiyyetde ozunutesdiq etmek isteyen qadin da ister-istemez bu deyerlerle carpishmaya girdiyinden, arzuolunmazdir. Ozunutesdiq eden qadin bunun tek yolunu ifrata varmaqda gorur.

May 31, 2008 4:54

9
Nermin Necefli yazıb:

Tamahkarliq tek xanimlarda deyil axi...
Tamahinin ucbatindan min dona giren yaltaqlanan azmi kishilerimiz var???

Her gunahi da qizlarin uzerine atmayin!
Bele bir deyim var- qadin gerek - ya kishi qizi ola ya kishi arvadi ola. Hansi qiz bunu istemir? Demeyim odu ki qizlarin nece fikirleshmesi hem de atalarindan ve erlerinden ve onlarin neceliyinden asili olur.

May 31, 2008 11:54

10
Vüsal Məmmədov yazıb:

Salam, dostlar! Əllərinizə sağlıq! Sizinlə fəxr edirəm.

Əlbəttə, hamımız haqlıyıq. smile

Amma bilirsinizmi, mən son vaxtlar nə haqda fikirləşirəm?

Deyirəm, məsələn, Azərbaycanda gənc qızlar ancaq savadlı, mədəni, intellektual oğlanları sevsəydilər, dədəsinin puluna güvənərək harınlıq edən heyvərələri, avtoşları, digər bu kimi zir-zibilləri veclərinə almasaydılar, bu xalq bilirsinizmi, neçə ilə düzələrdi?

Məncə, rekord qısa müddətə!

Doğrudan da, qadından çox şey asılıdır. Axı kişilər hər şeyi qadının sevgisini və hörmətini qazanmaq üçün edir. Özü fərqində olmasa da (Allah Freydə rəhmət eləsin). Ona görə, bu xalqın nicatı yalnız qadınların əllərindədir.

Görün də, neyləyirsiniz smile




May 31, 2008 12:22

11
Sapsarı Limon yazıb:

Belə bir məsəl var ki, hər bir ölkənin qadını o ölkənin kişisinin istədiyi kimi olur.

Bu gün bizdə öz fikri olan xanıma "xasiyyəti tünddü" deyilirsə və bu qadın ailəsinə, cəmiyyətə boyun əyib ya da elə həqiqətən insan təbiətinin tələbatı olaraq ərə getmək zorundadısa, gərək "tündxasiyyətliliyi" yığışdırsın, ya da toyacan təxirə salsın. Toydan sonra Allah kərimdi...

Azərbaycan kişisi Azərbaycan qadınını olmaq istədiyi kimi olmağa qoymur!
Bu kişilərin hökmü, gicliyi, nadanlığı altında normal oğul-kişi böyütmək də olduqca problematik məsələdi.

May 31, 2008 13:24

12
Peri yazıb:

Duz deyirsiniz Vusal.Onsuzda hec bir agilli qiz zir-zibille evlenmez.
Insallah her sey yaxsi olacaq,dostlar.yavas-yavas sizinkimilerin komekliyi ile smile

May 31, 2008 20:11

13
Orxan yazıb:

Bu millətin damarlarına bol miqdarda yuxu dozası vuranlar var. Bax, onları hamı tanısa və ONLARIN QARŞISINI ALMAQ İSTƏSƏK o zaman bütün digər problemlər yavaş-yavaş həll olunacaq.

İyun 1, 2008 1:07

14
Vüsal Məmmədov yazıb:

Görək də... hərçənd, çətin məsələdir...

Mən yeganə çıxış yolunu xalqın savadlanmasında görürəm. Həqiqi savadlanmasında. Əsl savadı dadmasında. Amma bu proses demək olar ki, getmir. Yox, "demək olar"sız-filansız, getmir, vəssalam!

Hamı (bütün gənclər) ya dinə cumur, ya da şou-biznesə... Hərçənd, bütün dindarlardan (özüm də daxil olmaqla) üzr istəyirəm, amma son vaxtlar mənə elə gəlir ki, bunların ikisi də mahiyyətcə eyni şeydir, ikisi də insanın başını qatmaq üçündür. Şou-biznes fiqurlarının parıltılı həyatlarını izləməklə neçə əsrlər əvvəl yaşamış dini simaların həyat tərzlərini heyran-heyran öyrənmək - ikisi də reallıqdan eyni dərəcədə uzaq işlərdir. Bizə yaşadığımız reallıqda doğru oriyentasiyalar götürə bilmək üçün həqiqi savad lazımdır. Cəmiyyəti analiz etmək qabiliyyəti lazımdır. Onu da heç kim öyrətmir bizə.

Bilirəm, fikirlərim kiməsə ziddiyyətli görünə bilər. Qınamayın məni. Mən sadəcə, axtarıram. Yoldayam. Səmimi deyirəm ki, hələ heç nə tapmamışam və heç yerə çatmamışam. Çatsam və ya tapsam...


İyun 1, 2008 13:40

15
Vüsal Məmmədov yazıb:



Bu gün - iyunun 1-i - Uşaqlar Günüylə bağl bütün balacaları təbrik edirəm!!! Körpə dostlarım, dünya gəlinəsi yer deyildi, amma bir halda ki bu qəzaya uğramışıq (uğradıblar bizi), çalışıb xoşbəxt olmaq lazımdır. Çünki digər yol - bədbəxt olmaqdır.


***

Və bu gün ad günü olan ən sevimli uşağı, Motiki - Mətanəti təbrik edirəm. Bilirəm, bloqumu oxumursan, Motik. Amma nə fərqi? Heç də hər söz eşidilmir, heç də hər yazılan oxunmur; əsas demək və yazmaqdır.
Sənin gözəl insan olduğunu düşünürəmsə və bu zaman üzümdə bir təbəssüm dolaşırsa, bu, mənəvi hədiyyədir. İkimizə də.
Sənin bu gün doğulmağın da təsadüf deyil - sən həmişə uşaq kimi saf və məsumsan.
Xoşbəxt ol.

İyun 1, 2008 13:51

16
Şəbnəm yazıb:

Dedim dilimi dinc qoyam, amma, yenə də alınmırrolleyes.
Vüsal bəy, bəzi şeylərlə mən də razılaşıram. Gərək cəmiyyət içində ümumilikdə maarifləndirmə getsin. İnsanın özündə bu olsa, yəni, bu proses olsa lap yaxşı. Mütləq ki, dəyişiləsi çox şey var. Amma, ortaya hal-hazırda olan şeyləri qoyub da, başqa dövlətlərin xanımları ilə bizimkiləri müqaisə edirsinizsə köklü müqaisə edin. Birincisi, qadınlara növlərə bölüb deyirsiniz ki, "Birinci növ özünü ancaq bozbaş qazanının başında, paltaryuyan maşının böyründə və doğum evinin palatasında görür. Onun üçün dünya mətbəxdən, hamamdan və uşaq otağından ibarətdir." Belədir, razıyam. Sizcə bu müqaisə ediləsi bir şeydir? Yaxşı, onda gəlin əməlli-başlı müqaisə edək. Özüdə Avropa xanımları ilə. Birincisi düşünün ki, Azərbaycan qadını nə üçün bütün gününü mətbəxdə, hamamda və ya başqa bir yedə keçirir. Avropalıların evində qulluqçu var. Lap deyək ki, qulluqçu yoxdur, mətbəxində qabyuyan maşınından tutmuş nə istəsən var, heç dırnaqlarıda pozulmur. Yemək bişirmək nədir, restoran olan yerdə..Hamamda paltaryuyan maşın, atırsan neçə kilo istəsən, özü yuyacaq, qadın otursun özünə baxsın, makiyaj eləsin. Ya da pulu var, verəcək kimyəvi təmizləməyə yuduzduracaq, ya da ümumiyyətlə atacaq getsin, saxlayanı var daa, təzəsin alacaq..
Bizdə ər qoymur işləməyə, kişilərin sözüdür də, mən qoşmamışam ki, "qadın əlinin xəmiri ilə kişi işinə qarışmasın"- bu məsəlin bir ucuda məhz elə iş məsələsinə gəlir çıxır ki, qadın evə baxar, kişi isə işləyər. Bunları kişilər edir, qadınlar özlərindən dünya yaratmır. Hələ o qədər şey saymaq olar ki.. Bu əzab-əziyyətləri çəkən, əlləri qabar olmuş, Azərbaycan qadınına toxunmayın, sevməyi də bilirlər və dillənmirlər. Dillənəndə də əri deyəcək ki, "buna bax bir pulun olmayan vaxtı, məndən paltaryuyan maşın istəyir." Amma, həmən o ər gedib siz deyən o erməni, rus və ya başqa milliyətin qadınını saxlayacaq, çünki, özlərinə onlar yaxşı baxırlar, kişiyə də necə lazımdır. Bizimki isə səhərdən axşamacan çalışıb, vuruşacaq ki, əri, uşağı ac qalmasın, üstü-başı təmiz olsun. Hər şeyin səbəbi var. Kişi kişi olsun, qadınını xanım kimi saxlasın və əgər o qadın xanım kimi olmasa, onda nəsə tələb etsin. Boş-boş danışmaqla deyil. Rahatdırda belə danışmaq və ya necə ki, keçən yazınızda siz deyirsiniz, niyə kişilər erməni, rus saxlayır?! Bunlar çox rahatdır. Çəkəni də elə yazıq qadın çəkir.
Yuxarıda Günel xanmın yazısıyla çox razıyam -"Arzum budur ki Azeri qadinlari Xanimliqlarini hec vaxt unutmasinlar biz Avropali deyilik Biz Azerbaynanliyiq ve muselmanxanimlariyiq!!!!"

O ki qaldı, indiki gənclərə təəssüf ki, pula ərə gedənlər var, razılaşıram. Amma, siz Allah, bunu da əlinizdə top tutub başqa yerlərlər müqaisə etməyin. Oralar bizdən də bərbaddır. Təsəvvür edirəm, saxlanılan qadına tökülən pulları. Görüm o pullar olmasa, hansı o rus ya erməni qoyar o kişini qapıdan içəri.. Heç ailəsindən kənarda saxlanılanları da qoyuram bir kənara. Adi ailələrində də belələri var, az da deyil.

İnşallah problemlər düzələr, insanlar qadınlar və kişilər maariflənərlər, hər şeyin pulda, varda, dövlətdə olmadığını bilərlər və hər zaman özlərinə dəyər verələr.

İyun 1, 2008 20:40

17
Vüsal Məmmədov yazıb:

Salam, Şəbnəm xanım.

Bəlkə də hara qədərsə haqlısınız. Bəlkə də lap axıra qədər...

Amma bir şeydə mübahisə etməyi özümə rəva görəcəyəm: Azərbaycan qadınının içində qadınlıq (женственность) ya yoxdur, ya da duyulmayacaq qədər azdır. Bu, məişət problemlərindən asılı deyil. Bu, onun xislətindən asılıdır: o, içindəki qadınlığı öldürüb.

Sonra. Burada bir fikir iki dəfə yazıldı ki, "qadınları bu günə salan kişilərdir". Yəqin ki, xeyli haqlısınız, çünki Azərbaycan kişisinin ailəsi üzərində hakimiyyət qurmaq ehtirasının çox şahidi olmuşam. Amma belədirsə də, yenə də qadının günahı çoxdur ki, ailənin diktaturaya çevrilməsinə yol verir.

Mənim nəzərimdə Ailə - iki AZAD insanın BƏRABƏRHÜQUQLU ittifaqıdır (burada "ittifaq" sözü çox şeyi ifadə edir - müttəfiqlik nə deməkdirsə, onu). Azərbaycan qadını özünü bu cür ittifaqın tərəfi kimi görə bilmir. Problem bax, budur.

Sayğılarımla.

İyun 1, 2008 20:51

18
EsmaNur yazıb:

Kişiden de çox şey asılıdır..
Kişi istediyi cür formalaşdırır qadını mence.
Heç unutmaram bir hadiseni.
Yoldaşım heç bir zaman mene "çay getir mene" demez.. dememişdir. Her zaman "hayatım,burda çay olsaydı ne güzel olurdu deyil mi?" der.. bir defe qardaşım bizde idi ve mene "mene çay getir dee" dedi,o zaman yoldaşım çaşmış veziyyetde bir mene bir de qardaşıma baxdı. Qardaşıma dedi ki,sen onunla nece bele danışa bilersen.qulluqçundu ki çay getirsin? elin de var ayağında özün getire bilersen..
İndi ferqi gördünüz? Azerbaycanlı kişileri mence qadınlarapotansiyel hizmetçi kimi baxırlar.
P.S-yoldaşım türkdür.

İyun 3, 2008 10:42

19
Vüsal Məmmədov yazıb:

EsmaNur, sizin ailəyə eşq olsun !!!

İyun 3, 2008 16:26

20
Sevinc yazıb:

deyisiniz ki: " Azərbaycan qadınının içində qadınlıq (женственность) ya yoxdur, ya da duyulmayacaq qədər azdır. Bu, məişət problemlərindən asılı deyil. Bu, onun xislətindən asılıdır: o, içindəki qadınlığı öldürüb."

Niye oldurmesin axi.... Cemiyyet ozu onu buna mecbur edib... Chunki bizim insanlarimizin tefekkurunde her shey ayib sayilir, o cumleden de siz deyen женственность...

İyun 3, 2008 16:54

21
Vüsal Məmmədov yazıb:

Salam Sevinc, bloquma xoş gəldin!

Sevinc, kütrlənin təfəkkürünə qəti olaraq, ürəklə və ağızdolusu tüpürmək lazımdır!!! wink

Kütlə insanı xoşbəxt görməyi qəbul edə bilmir. Bədbəxt olanda isə ona ikrahla yanaşır.

İyun 4, 2008 11:09

22
Motik yazıb:

Vüsal salam.
Bax gəldim və bloqunu oxudum.
Məni yada saldığıva görə çox ama ÇOX sevindim.
Gəlsəydin səninçün məxsusi bir təbəssüm edərdim. smile

Bir sirr açım? Hələ lap uşaq çağlarımda sənin yazılarındakı fəlsəfi mənaları açmaqçün fikirləşirdim və tapan kimi özümdən razı halda gülümsünürdüm.
(Bilirsən də mənim kompüterim var, ama internetim yoxdur...olsaydı hər səhər bloqunu oxuyardım - müsbət enerji almaq üçün )

İyun 8, 2008 17:49

23
Mushviqe yazıb:

tebrik edirem.cox gozel yazi idi.bezilerimizin(men de daxil olmaqla) qebul ede bilmediyimiz sozleri yazmisiniz.bu yazidan sonra yeqin evlilik ve karyera haqda bir az basqa cur fikirleseceyik.bizde terbiyeci qadin olsa da kisi qizi,filankesin arvadi deyiri
k.qadinlarin ve genc qizlarin bele olmasinda onlarinda gunahi var.

İyun 21, 2008 14:34


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha